18 Yanvar 2022
11:00
20567

Bakıda evlənmək məqsədilə 15 yaşlı qızı qaçırtdılar

Bakıda itkin düşmüş 15 yaşlı qızın evlənmək məqsədilə qaçırıldığı məlum olub.

İslahat.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinə paytaxt sakini, 2007-ci il təvəllüdlü R.Hüseynovanın itkin düşməsi ilə bağlı yanvarın 17-də məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hüseynovanın sevgi münasibətində olduğu Məhəmməd adlı şəxslə əvvəldən razılaşaraq evlənmək məqsədilə evdən qaçdığı müəyyən edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

İslahat.az