23 Avqust 2019
14:47
710

Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iki vətəndaşının yataqda şam yandırması yanğına səbəb olub.

İslahat.az xəbər verir ki, bu barədə "oxu.az"a Nəsimi rayon Polis İdarəsindən bildirilib.

22-ci Polis bölməsinə daxil olan məlumata əsasən, avqustun 22-nə keçən gecə, saat 02:40-da Rəşid Behbudov küçəsində yerləşən 50 saylı binadakı mənzillərdən birində yanğın baş verib.

Əraziyə yanğınsöndürənlər və hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər.

Hadisə nəticəsində ikinəfərlik yataq yanıb, üç nəfər tüstüdən zəhərlənərək Toksikologiya Mərkəzinə yerləşdirilib.

Yanğın söndürülüb, lakin araşdırma zamanı maraqlı detallar ortaya çıxıb.
 
İslahat.az