09 Avqust 2022
11:45
18707

Bakıda DƏHŞƏT: Narkoman valideynlər KÖRPƏYƏ İŞGƏNCƏ VERDİ

Bakıda valideyn uşağına işgəncə verib.

Nərimanov rayonunda yaşayan ailədə körpəyə işgəncə verildiyini görən rayon polis idarəsinin əməkdaşları məsələyə müdaxilə edib. iNəticədə körpə ailədən alınıb.

İslahat.az xəbər verir ki, məsələ ilə bağlıLent.az-a danışan "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə körpənin hər iki valideyni narkotik aludəçisi olduğunu deyib:

"Uşağı gecə saatlarında Nərimanov rayon polis şöbəsinin əməkdaşları sığınacağa gətirib. Təxminən körpənin 2 yaşı olar.

Bizdə olan məlumata görə, hər iki valideyn narkotik istifadəçisidir. Bununla bağlı Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edəcəyik ki, məsələni nəzarətə götürsün. Sosial Xidmətlər Agentliyi tərəfindən ailə qiymətləndirilsin.

Uşağın əlində yaralar var. Ehtimal edirik ki, baxımsızlıq səbəbindən yaralar yaranıb. Bilmirik, bəlkə də, uşağa nə isə ediblər. Çünki ilk dəfə deyil. Körpəni tibbi müayinədən keçirəcəyik. Onda hər şey tam dəqiq bilinəcək".

İslahat.az