11 İyul 2019
15:37
720

Bakıda daha bir itkin - Bu dəfə yeniyetmə qız

Bakının Sabunçu rayonunda 16 yaşlı qız itkin düşüb.

İslahat.az xəbər verir ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yaşayan 2003-cü il təvəllüdlü Seyidzadə Aysun Sadiq qızı dünən saat 11 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına qızın anası, 1971-ci il təvəllüdlü Seyidova Xəyalə Xəlil qızı ərizə ilə müraciət edib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
 
İslahat.az