20 Avqust 2019
11:58
493

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

O bildirib ki, hadisə rayonun İsmayıl bəy Qutqaşınlı, 63 ünvanında qeydə alınıb:

"Yanğın 17 mərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələri arasındakı elektrik kabellərində baş verib. Hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Bina sakinləri dərhal təxliyyə edilib. Yanğının söndürülməsi işi davam edir".
 
İslahat.az