04 İyun 2019
16:29
1517

Bakı metrosunda yeni ventilyatorlar quraşdırılacaq - FOTOLAR

Bakı metrosunun stansiyalarında havalandırmanın yaxşılaşdırılması üçün yeddi yeni ventilyator quraşdırılacaq.

İslahat.az xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin Elektromexanika Xidmətinin rəisi Nüsrət Abdullayev jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, metronun "Memar Əcəmi” və "Qara Qarayev” stansiyalarının hər birində bir ədəd olmaqla, 75kVt-luq ventilyatorlar quraşdırılıb:

"Hazırda xüsusi sifariş əsasında Rusiyanın "Ventprom” maşınqayırma zavodunun məhsulu olan yeddi ventilyator Bakıya gətirilib. Ventilyatorların idarəetmə sistemləri bizim öz sifarişimiz əsasında Almaniyanın "Siemens” və "Schneider” şirkətlərinin avadanlıqları üzərində qurulub.

İlin sonuna qədər stansiyalarda yeddi ventilyator dəyişdiriləcək, gələn il üçün isə daha 10 ədəd ventilyatorun alınması nəzərdə tutulur”.

N.Abdullayev bildirib ki, "Nizami”, "Nərimanov” və "Ulduz” stansiyalarında da ventilyatorlar quraşdırılacaq.
 
İslahat.az