13 İyul 2022
16:38
18251

Bakı metrosunda gediş haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA

Bakı metrosunda gediş haqqının artırılacağı ilə bağlı iddialar yayılıb.

İslahat.az xəbər verir ki, məsələ ilə bağlı "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən açıqlama verilib.

Qurumdan bildirilib ki, "Bakı Metropoliteni” QSC metropolitendə gediş haqqı qiymətlərini tənzimləmir və belə bir səlahiyyəti yoxdur:

"Tənzimləmə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının səlahiyyətinə daxildir”.

Qeyd edilib ki, "Bakı Metropoliteni” QSC aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən maliyyə hesabatını təqdim edir.

"Bununla belə, gediş haqqı qiymətlərinə yenidən baxılaraq tənzimlənməsi barədə "Bakı Metropoliteni” QSC-dən aidiyyəti qurumlara müraciət ünvanlanmayıb”, - məlumatda bildirilib.

İslahat.az