19 Mart 2019
12:58
1467

Bakı metrosunda bayram konserti - FOTO/VİDEO

Novruz bayramı günlərində "Bakı Metropoliteni” QSC tərəfindən stansiyalarda bayram konserti keçirilib.

İslahat.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Bu gün metronun "28 May” stansiyasında başlayan konsert proqramı, "Sahil”, "İçərişəhər” daha sonra isə "Elmlər Akademiyası” stansiyalarında davam etdiriləcək. 

O bildirib ki, bayram konsertlərimiz sərnişinlərin çox olduğu stansiyalarda keçirilir:

"Novruz Bayramı ilə əlaqədar təşkil edilən bayram konsertində Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının müəllim və məzunları milli, eləcə də dünya musiqisindən müxtəlif kompozisiyaları ifa ediblər. Konsert proqramı 3 gün davam edəcək. Gün ərzində musiqili konsert proqramı axşam saat 6-da başa çatacaq”.

Bundan başqa bayram günü "İçərişəhər” stansiyasında Keçəl və Kosanın iştirakı ilə maraqlı bayram tədbiri baş tutacaq.
 
İslahat.az