13 May 2019
17:05
952

Bakı finalını idarə edəcək hakimlər açıqlandı

Bakıda "Arsenal” və "Çelsi” arasında keçiriləcək Avropa Liqasının final oyununun hakimləri bəlli olub.

İslahat.az-ın xəbərinə görə, qarşılaşmanı italiyalı referi Canluka Rokki idarə edəcək.

48 yaşlı italiyalı 2008-ci ildən beynəlxalq oyunları idarə edir.

Yan hakimlər Filippo Meli və Lorenso Mnaqanelli, ehtiyat hakim – Daniele Orsato, videoköməkçi hakim isə Massimiliano İrratidir (hamısı İtaliya).

Qeyd edək ki, final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 23:00-da başlayacaq.
 
İslahat.az