"Bakcell” mobil şəbəkəsinin əhatə dairəsi artıq qədim Şuşa şəhərinə qədər genişləndi.
İşğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa işlərində daha bir addım: "Bakcell” şirkətinin texniki personalı Qarabağda şəbəkənin qurulmasını davam etdirir və "Bakcell” şəbəkəsi artıq Şuşa şəhərini də əhatə edir.
Qeyd edək ki, "Bakcell” şəbəkəsi müstəqil mobil bençmarkinq təşkilatları tərəfindən 3 il ardıcıl olaraq "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adlandırılıb.