15 Mart 2022
13:13
21527

AZSAM MMC Yılın Starları Ödülleri İstanbul 2022 mükafatına layiq görülüb

AZSAM MMC Yılın Starları Ödülleri İstanbul 2022 mükafatına layiq görülüb.

Bu barədə məlumati İslahat.az saytına layihənin beynəlxalq direktoru Enes Furkan Bilgicli məlumat verib.

Ötən gün ölkəmizdə baş tutan gecədə bir çox məşhur simalar, incəsənət, media, müxtəlif sahələrdə uğur qazanmış şəxslər və şirkətlər iştirak ediblər. Mükafatçılar sırasında peşəkar havalandırma şirkəti "AZSAM MMC" də yer alıb. Mükafat şirkətin rəsmi nümayəndəsinə təqdim olunub. 

Qeyd edək ki, AZSAM MMCşirkəti 2008-ci ildə təsdiq edilmişdir. Şirkət yarandığı tarixdən etibarən yaşayış və inşa obyektlərində, müxtəlif istehsalat sahələrində, inzibati binalarda çoxcəhətli və çox funksiyalı havalandırma sistemlərinin qurlaşdırılması prosesini yüksək səviyyədə həyata keçirməkdədir. Kifayət qədər mürəkkəb proses olan bu sistemin ilkin və ən məsuliyyətli mərhələsi olan layihələndirməni də həyata keçirir.

Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən təcrübəli şirkətlərdən biri olan"AZSAM MMC” artıq onlarla uğurlu layihələrə imza atıb.

Hal-hazırda da "AZSAM MMC”müxtəlif sistemlərin: havalandırma, isitmə və soyutma sistemlərinin layihələşdirilməsi, satışı və satış sonrası servis xidmətləri sahəsində fəaliyyət göstərir, dünya standartlarına uyğun ən müasir avadanlıqları müştərilərinə təklif etməkdədir. Şirkət ay ərzində 15000 m2həcmində havalandırma kanalı istehsal etmək iqtidarındadır. Burada müxtəlif növ, məsələn: prizmatik, yuvarlaq kanallar istehsal olunur.

Qloballaşma dövründə insanların sağlam yaşayışı üçün önəmli olan havalandırma sisteminin əhəmiyyətini əvəzsiz olduğu üçün "AZSAM MMC” şirkəti keyfiyyətli işi rəhbər tutaraq iş sistemini davamlı olaraq təkmilləşdirir.

İslahat.az