28 Fevral 2019
13:17
658

Azərbaycanlı qadınları İstanbulda satan şəxs həbs edildi

Azərbaycandan qadınları Türkiyəyə apararaq, insan alverinə məruz qoyan şəxs saxlanılıb.

İslahat.az xəbər verir ki, sözügedən şəxs Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Məmmədzadə Yaqut Güloğlan qızıdır. 

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə onun başqa şəxslərlə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşları olan qadınları Türkiyənin İstanbul şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

İslahat.az