16 Noyabr 2021
11:55
21575

Azərbaycanlı məşhur aktrisanın toyu oldu

Dünən Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyeva Akademik Musiqili Teatrda çalışan həmkarı Əmrah Dadaşovla ailə həyatı qurub.

İslahat.az xəbər verir ki, cütlüyün toyu Bakıda restoranlardan birində baş tutub.

Onların xoş günündə ailə üzvləri, yaxın dostları və sənət adamları iştirak ediblər.

Qeyd edək ki, Əmrah və Asya 2019-cu ilin dekabrında nişanlanıb lakin toy pandemiya səbəbi ilə təxirə salınıb.

İslahat.az