06 Aprel 2018
16:46
1095

Azərbaycanlı gənc eyni anda dünyanın dörd nüfuzlu universitetinə qəbul olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 93 nömrəli tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlı IELTS, SAT, SAT esse imtahanlarından, "Dünya tarixi” və "2-ci səviyyə riyaziyyat” fənlərindən yüksək nəticəyə nail olub.
İslahat.az-ın məlumatına görə, BŞTİ-dən bildiriblər ki, İ.Bayramlı 2018-ci ildə qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq imkanı qazanan yeganə azərbaycanlıdır.
Qeyd edək ki, istedadlı məktəbli topladığı balla Harvard Universitetindən əlavə Amerikanın Kolqeyd, Çexiyanın Çarles universitetlərində və Sinqapurun Yale-NUS Kollecində də tam təqaüdlə təhsil almaq imkanı qazanıb.