16 Avqust 2022
16:41
18829

Azərbaycanlı döyüşçü Ukraynada HƏLAK OLDU

Ukraynada döyüşlərdə azərbaycanlı döyüşçü həlak olub.

İslahat.az xəbər verir ki, Ukraynanın Zaparoje vilayətinin Azərbaycanlılar Konqresinin sədri Vahid Təhməzovun"Report"un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, bu, əslən Zəngilan rayonundan olan, Ukraynada "Gürcü legionu"nun əsgəri Ağalarov Elşad Ağalar oğludur.

O, Donetsk vilayəti istiqamətində həlak olub.

V.Təhməzov bildirib ki, hazırda konqres onun cənazəsinin Azərbaycana göndərilməsi məsələləri ilə məşğuldur.

İslahat.az