24 Sentyabr 2021
16:39
22382

Azərbaycanlı aktyor Türkiyədə mükafata layiq görülüb - FOTOLAR

Azərbaycanlı aktyor Tural Ələkbər Türkiyədə keçirilən "Altın Melek Ödülleri 2021" gecəsində mükafata layiq görülüb.

İslahat.az xəbər verir ki, ödül gecəsində Türkiyənin serial və film ulduzları da iştirak edib. Bu aktyorun Türkiyədə aldığı sayca ikinci mükafatdır.

Qeyd edək ki, Tural Ələkbər "Cehizsiz Gəlinlər”, "Ata Ocağı”, "Bir Qadın”, "13-cü mənzil” seriallarındakı rolları ilə tamaşaçılara tanışdır.

İslahat.az