19 İyun 2019
14:25
1177

Azərbaycanlı aktyor Türkiyədə mükafata layiq görüldü

Türkiyədə "Altın Boğaz Ödül Töreni" gecəsi keçirilib.

İslahat.az xəbər verir ki, gecədə Türkiyənin məhşur simaları, sənətçiləri və öz sahələrində uğur qazanmış şəxslər mükafatlandırılıb.

Məhşurların iştirak etdiyi gecədə Azərbaycandan dəvət olunmuş aktyor Tural Ələkbərov "AZERBAYCAN'IN YILIN EN İYİ ÇIKIŞ YAPAN DİZİ OYUNCUSU" olaraq mükafatlandırılıb.

Qeyd edək ki, hazırda aktyor Tural Ələkbərov "Ata Ocağı" televiziya serialında rol alır.

İslahat.az