04 İyun 2022
10:25
15993

Azərbaycanın səmərəli enerji siyasəti ilə dünya enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir

Enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin struktur elementlərindən biri olaraq həlledici yerə və rola malikdir.Müasir siyasi reallıqlar kontekstində bir sıra siyasi ekspertlər dünya siyasətinin aparıcı amili kimi dövlətlərin enerji ehtiyatlarına malik olub-olmaması ilə səciyyələndirirlər.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə hər bir sahədə olduğu kimi, enerji təhlükəsizliyinin təminatı istiqamətində də bir sıra vacib fəaliyyətlər reallaşdırıldı. 20 sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi” Azərbaycanın nəinki regionda, o cümlədən dünya enerji təhlükəsizliyində nə qədər vacib aktor olduğunu sübut etdi.

Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji - siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Çünki Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs həm də ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir.

1 iyun 2022-ci il tarixində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd edib ki, enerji təhlükəsizliyi strategiyası ölkəmiz üçün hər zaman prioritet olacaqdır. Prezident İlham Əliyevin bilavasitə diqqətdə saxladığı enerji təhlükəsizliyi konsepsiyası vasitəsilə Azərbaycanda təkcə regional deyil, dünya əhəmiyyətli bir sıra layihələr reallaşdırılıb və bu proses indi də uğurlu şəkildə davam etdirilməkdədir. Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub və s. iri layihələrdə iştirak etməklə regionda sülhün, inkişafın əsas təminatçılarından biri olduğunu bütün dünyaya nümayiş etdirir.

Prezident İlham Əliyevin açlışı mərasimində çıxışında qeyd etdiyi kimi, əsas məqsəd bundan sonra da ölkəmizin region və dünya üçün əhəmiyyətli qlobal layihələrdə iştirakını təmin etmək, Azərbaycanın siyasi, iqtisadi nüfuzunu artırmaq, ölkədə davamlı iqtisadi inkişafa nail olmaq, daxili və beynəlxalq miqyasda sülhün, təhlükəsizliyin təminatı dəstəkləməkdir.

 

Nəticə etibarı ilə bütövlükdə, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir.Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir.

Fuad Heydər

YAP Səbail rayon təşkilatının məsləhətçisi

İslahat.az