24 İyun 2019
15:49
833

Azərbaycanın Milli Ordu günü İsveçdə qeyd olundu

İsveçdə milli ordu günü ilə bağlı Qarabağ həqiqətlərinə həsr olunan "Son Nəfəsədək” filmi nümayiş olunub.

İyunun 23-də İsveç Krallığının Höteborq şəhərində 26 iyun - Silahlı Qüvvələr Gününün 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib. Tədbir İsveçdə fəaliyət göstərən Azərbaycan Kültür İdman Dərnəyi və Azərbaycan Evi olub.

Tədbirdə həm də Qarabağ müharibəsi və Xocalı hadisələrini əks etdirən "Son Nəfəsədək” filminin təqdimat mərasimi keçirilib.

Tədbir "Haqa-bio” kino salonun "Viktoriazal” zalında keçirilib. Tədbir İsveçdə yaşayan soydaşlarımızın böyük marağına səbəb olub.

Çıxışçılar filmin son zamanlar Qarabağda baş verənləri real əks etdirən möhtəşəm bir film olduğunu xüsusi vurğulayıblar.

Sonda çıxış edənlər bayram münasibətilə təbriklərini çatdırıb, filmin çəkilişində zəhməti keçənlərə təşəkkürlərini, xoş arzularını bildiriblər.

 

İslahat.az