19 Mart 2020
11:57
410

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 3 dəfə artdı

Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 60 milyon 617 min ABŞ dolları olan 6 574 ədəd avtomobil ixrac olunub.

İslahat.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik müqayisədə Azərbaycanın qonşu ölkədən idxal etdiyi minik avtomobillərin sayı 4 399 ədəd və ya 3 dəfə artıb. 
Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana 11 min 547 ədəd nəqliyyat vasitəsi (avtomobil) idxal edilib. İdxala 122 milyon 892 min dollar xərclənib.
Ötən ilin eyni dövründə ölkəmizə 5 169 ədəd nəqliyyat vasitəsi idxal edilmişdi. Beləliklə, avtomobil idxalı 2,2 dəfə artıb
2020-ci ilin ilk 2 ayda 10 min 717  ədəd minik avtomobili, 64 ədəd avtobus, 741 ədəd yük avtomobil və 25 ədəd xüusi təyinatlı nəqliyyat vasitələri idxal edilir.
 
İslahat.az