07 Oktyabr 2020
15:38
1557

Azərbaycanın baş infeksionisti işdən azad edildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti vəzifəsindən azad olunub. 

İslahat.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın baş infeksionisti Cəlal İsayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib. 

Onun yerinə isə Təyyar Eyvazov təyin edilib. 

Səhiyyə Nazirliyi bu məlumatı Oxu.Az-a təsdiq edir. 
 
İslahat.az