10 Noyabr 2021
14:05
20321

Azərbaycanın 16 rayonunda ünvanlı sosial yardımla bağlı yoxlamalara başlanıldı

"Artıq 16 rayon üzrə ünvanlı sosial yardımın verilməsi ilə bağlı yoxlanmalarbaşlayıb”.

İslahat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

"Sonrakı mərhələdə bu, 46 rayona çatdırılacaq”, - dey' nazir vurğulayıb.

S.Babayev həmçinin bildirib ki, pensiyaların araşdırılması nəticəsində qanunsuz pensiyalar müəyyənləşdirilib və nəticədə dövlət büdcəsinin xərclərinə böyük miqdarda vəsait qənaət edilib.

İslahat.az