28 Dekabr 2019
16:07
753

Azərbaycandan ən çox qeyri-neft məhsullarını alan ölkələrin - SİYAHISI AÇIQLANIB

2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 18,3 mlrd ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 365 milyon ABŞ dolları və ya 2% artıb. 

İslahat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı”nda göstərilib.

Hesabatda deyilir ki, bu müddətdə qeyri-neft sektoru üzrə 1 781 mln ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında qeyri-neft sektoru üzrə ixrac 249 mln ABŞ dolları və ya 16% artıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 622,3 mln, Türkiyəyə 363,3 mln, İsveçrəyə 164 mln, Gürcüstana 150,6 mln və Ukraynaya 46,3 mln ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında Rusiyaya qeyri-neft ixracı 12%, Türkiyəyə 13%, İsveçrəyə 33%, Gürcüstana 29% və Ukraynaya 27% artıb.

İslahat.az