29 Noyabr 2021
11:20
22318

Azərbaycanda yeni ştammla bağlı yoxlamalara başlanılıb - AÇIQLAMA

"Azərbaycanda bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb”.

İslahat.az xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib.

O bildirib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində klaster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb.

İslahat.az