12 Aprel 2021
12:04
13394

Azərbaycanda yeni ingilisdilli sayt fəaliyyətə başladı - FOTO

Azərbaycanda ingilis dilində yeni informasiya və analitik portal olan "BakuTribune” (www.bakutribune.com) fəaliyyətə başlayıb.

"BakuTribune” komandasının əsas vəzifələri informasiyanı operativ şəkildə, xarici mütəxəssislər və yerli jurnalistlərin geosiyasi sahədə cərəyan edən hadisələrlə bağlı təhlillərini, aktual videoları və digər materialları oxuculara çatdırmaqdır. Layihə əsasən həm Azərbaycanda, həm də xaricdə maraq doğuracaq ingilis dilində eksklüziv kontingentin yaradılmasına yönəlib.

"BakuTribune”un qurucusu və baş redaktoru "Vzglyad.az” xəbər agentliyinin baş redaktoru, "China Daily”, "CGTN” (Çin), "Daily Sabah” (Türkiyə), "Daily Times” (Pakistan) nəşrlərinin köşə yazarı Seymur Məmmədovdur.

 "Bu gün Azərbaycan media məkanının ingilisdilli seqmentinin əlavə inkişafa ehtiyacı var.

Azərbaycanda ingilis dilində mənbələrin sayı məhduddur. Mənim prioritetim eksklüziv analitik məzmunun və video məzmunun aktiv inkişafı olacaq. Layihədə aydın şəkildə müəyyən edilmiş hədəflər və onlara çatmaq üçün strategiyalar var”, - S.Məmmədov deyib.