14 Fevral 2019
12:14
925

Azərbaycanda Vergi Ombudsmanı yaradılacaq

Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb.

İslahat.az  "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov 2018-ci ilin yekunlarına və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclasında deyib. 

İclasda  nazir qeyd edib ki, vergi inzibatçılığının rəqəmsallaşdırılması prosesi davam etdiriləcək: "Vergi xidmətləri və vergi nəzarətində yeni innovativ texnologiyaların tətbiqi istiqamətində tədbirlər daha da genişləndiriləcək”. M. Cabbarov həmçinin vergi əməkdaşlarının, xüsusilə audit sahəsində çalışanların bilik və bacarıqlarının artırılması, fəaliyyətinin qiymətləndirilməsi üçün yeni mexanizmin həyata keçirilməsinin vacibliyini də diqqətə çatdırıb. 
 
İslahat.az