22 Yanvar 2020
11:33
716

Azərbaycanda tikinti mallarının – QİYMƏTİ ARTIB

Ötən il Azərbaycanda istehsal edilən tikinti materiallarının qiyməti artıb.

İslahat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 2018-ci illə müqayisədə 5,0 % artaraq 771,7 milyon manat təşkil etmişdir.

Məlumata görə, tikinti əhənginin istehsalı 39,7%, hörmə üçün hazır beton qarışığının istehsalı 28,9% tikinti kərpicinin istehsalı 28,2% artmış, sementin istehsalı 1,4%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 42,2% tikinti gipsinin istehsalı 65,1% azalmışdır.  

2019-cu ildə sement istehsalı  3396,2 min ton olmuşdur ki, bu məhsulun da yalnız 77,8 min tonu anbarda qalıb.

Ən çox anbarda qalan istehsal malları isə  sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı məhsulları olub. Belə ki, 2019-cu ildə 83,1 min ton məhsul istehsal olmuşdur ki, bu məhsulun da 46,7 min tonu anbarda qalıb. Qeyd edilən bu məhsul növləri 2018-ci illə müqayisədə 2019-cu ildə 29,6% artıb.

İslahat.az