04 Fevral 2020
12:34
714

Azərbaycanda sərmayə fondları yaradılacaq – NAZİR AÇIQLADI

Azərbaycanda biznesin maliyyələşdirilməsi üün sərmayə fondlarının yaradılması ilə bağlı təkliflər hazırlanır.

İslahat.az xəbər verir ki bu barədə fevralın 3-də Bakıda keçirilən regionların inkişafı üzrə konfransda İqtisadiyyat Naziri Mikayıl Cabbarov bildirib.

Nazir bildirib ki, Azərbaycanda biznesin maliyyələşməsində dövlətin aparıcı rounun azaldılması, bu prosesin  daha çox bank sektorunun payının artması tələb olunur. Amma hələlik bankların real sektoru maliyyələşməsində rolu kifayə qədər deyil.

Bu sahədə inkişafa nail olmaq üçün İqtisadiyyat Nazirliyi Azərbaycan Mərkəzi Bankı ilə birlikdə təkliflər hazırlayır. «Burada dövlətin mülkiyyətində olan bankların payı böyük ola bilər».

Bundan başqa, nazir bildirib ki, biznesin maliyyələşdirilməsi üçün kapital və fond bazarlarının inkişafı, eləcə də sərmayə fondlarının yaradılması ilə bağlı təkliflər hazırlanır.

İslahat.az