28 İyun 2018
14:45
726

Azərbaycanda səhra istiləri - Günvurmadan qorunmaq üçün nə etməli?

İslahat.az-ın əldə etdiyi məlumata görə, havaların isinməsindən sonra Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına müraciət edənlərin sayı 16 olub. Onlardan 14-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 2 nəfəri isə xəstəxanaya yerləşdirilib. Bu gün isə hələ ki, heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, bir neçə saat öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə əlaqədar xəbərdarlıq etdi.

Temperaturun 43 dərəcəyə qədər yüksələcəyi açıqlandı. Bu isə yuxarıda bəhs etdiyimiz günvurma hallarının daha da artacağına işarədir.

Bəs günvurmadan qorunmaq üçün nə etmək lazımdır?

Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev açıqlamasında günvurmadan qorunma üçün əməl etməli olduğumuz qaydalardan danışıb: 

"Təbii materiallardan biçilmiş geyimlərə üstünlük verilməlidir. Kip geyimlər məsləhət deyil. Bədən nəfəs almalıdır. Qida qəbulu yüksək kaloridə olmamalıdır. Azyaşlılar, xəstə və yaşlılara diqqət lazımdır. Mütəmadi olaraq sərin içkilərin qəbulu məsləhətdir. Çalışsınlar ki, 11:00-17:00 radələrində açıq günəş şüaları altında olmasınlar.Çimərliklərdə günəş vannaları qəbul etməmək tövsiyə olunur”.
 
Məhərrəm  Yaqubov  | islahat.az