29 Dekabr 2019
11:06
825

Azərbaycanda qatar qəzalarının qarşısı belə alınacaq - İLK DƏFƏ + ÖZƏL

"Azərbaycan Dəmir Yolları” QSC-də qatarlara ilk dəfə olaraq GPS sistemi quraşdırılacaq.

Bunu İslahat.az-a açıqlamasında QSC-nin İnnovasiyaların təhlili və tətbiqi şöbəsinin rəisi Nəriman Nağıyev bildirib.

Onun sözlərinə görə, quraşdırılacaq sistem vasitəsilə maşinistə xəbərdarlıq olunacaq:

"Qatar hərəkətdə olan zaman qarşıda maneə, təhlükə olarsa, sistem vasitəsilə hərəkət sürətinə nəzarət olunacaq və mühərrikin işini məsafədən dayandırmaq imkanımız olacaq.

Məsələn, qatar sürətli hərəkət edir, qəfil şəkildə qarşıya maşın və digər maneə çıxır, sürət azalana kimi arıtq problem yaranır. GPS sistemi vasitəsilə bunlara nəzarət olunacaq. Bu proses 2020-ci ildə mərhələli şəkildə həyata keçiriləcək”.

İslahat.az