28 İyun 2022
17:42
19906

"Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji məqamlar" mövzusunda görüş keçirilib - FOTOLAR

24 iyun 2022-ci il tarixində "Davam” Gənclər Hərəkatının mərkəzi ofisində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Davam" Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə "Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji məqamlar" mövzusunda gənclərlə görüş keçirilib.

İslahat.az xəbər verir ki, Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova və Komitənin əməkdaşı Rövşən Nəcəfovun iştirakı ilə baş tutan görüş zamanı "Ailə, ailə dəyərləri və ənənələr” adlı təqdimat nümayiş olunub, mövzu ilə bağlı müzakirələr aparılıb, gənclərin çoxsaylı sualları cavablandırılıb.

Sonda görüş iştirakçılarına sertifikatlar təqdim edilib.

İslahat.az