22 Noyabr 2018
13:30
1505

"Azərbaycanda müəllimlik peşəsinin nüfuzu artır" — Ceyhun Bayramov

"Müəllimlik ixtisasları üzrə son 5 ildə ali təhsil müəssisələrinə qəbul olunanların topladıqları ballar ölkəmizdə müəllimlik peşəsinin artan nüfuzundan xəbər verir".

İslahat.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, 2016-cı ildə qəbul imtahanlarında ibtidai sinif müəllimliyi ixtisasına daxil olanlardan cəmi bir nəfəri 500-dən çox bal taplayıb: 

"2018-ci ildə bu göstərici 235 nəfər təşkil edib. 2017-ci ilə nisbətən bu il 500 və daha artıq bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayı Kimya üzrə 2.7 dəfə, Riyaziyyat və İnformatika müəllimliyi üzrə 1.7 dəfə, Biologiya müəllimliyi üzrə 12.7 dəfə, Kimya və Bilogiya müəllimliyi üzrə 6.2 dəfə , İbtidai sinif müəllimliyi üzrə 4.4 dəfə artıb".
 
 
İslahat.az