22 Sentyabr 2021
14:12
22491

Azərbaycanda məktəbli bədbəxt hadisə nəticəsində öldü

Şəki rayonunda bədbəxt hadisə baş verib. 

İslahat.az-ın məlumatına görə, hadisə rayonun Kiş kəndində qeydə alınıb.

2006-cı il təvəllüdlü Faiq Abdullayev yaşadığı evin həyətindəki hasara çıxıb və oradan düşmək istədiyi zaman yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

İslahat.az