31 May 2019
16:40
533

Azərbaycanda kütləvi yay düşərgələri təşkil olunacaq

Gələcəkdə Təhsil Nazirliyi tərəfindən kütləvi yay düşərgələri təşkil olunacaq. 

İslahat.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov deyib. 

Onun sözlərinə görə, prosesə maddi-texniki baza yaxşılaşdırıldıqdan sonra başlanılacaq:

"Hazırda Təhsil Nazirliyi tərəfındən məktəblilər üçün qısa müddətli yay düşərgələri təşkil olunur. Bura, əsasən, yerli icra hakimiyyətləri tərəfindən təhsil sahəsində, idmanda seçilən, fənn olimpiadalarında qalib gələn şagirdlər yönləndirilir”.

"Son üç ildə bu düşərgələrə minlərlə şagird cəlb edilib”, - deyə Hilal Salmanov qeyd edib.
 
İslahat.az