04 Fevral 2020
16:11
972

Azərbaycanda kredit portfeli sürətlə artan banklar - MƏLUM OLUB

Azərbaycanda kredit portfeli sürətlə artan banklar məlum olub.

İslahat.az bankların 2019-cu ilin sonuna olan hesabatlarına istinadən xəbər verir ki, ümumilikdə 30 bank arasında 6-da kredit portfeli azalıb.

Digər 24 bankın kredit portfeli isə artıb. Faiz göstəricisi ilə kredit portfelində ən böyük artım "AFB Bank” (88,3%), "Bank of Baku”(68,7%), "Naxçıvanbank” (42,5%) olub. Kredit portfelində ən çox azalma isə "Ata Bank”(3-rüb üzrə 12,6%) və "Pakistan Milli Bank”ının Bakı filialında (30,9%) olub

İslahat.az