Azərbaycanda kişi maşını ilə birgə yoxa çıxdı
Bakıda 35 yaşlı kişi itkin düşüb.
İslahat.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.
Oktyabrın 23-də Suraxanı rayon sakini, 1984-cü il təvəllüdlü Elməddin Novruzov idarə etdiyi "Hyundai Santafe” markalı, 90-RK-034 dövlət qeydiyyat nişanlı maşınla naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
İslahat.az