01 Avqust 2022
14:08
18639

Azərbaycanda ixrac olunan əsas qeyri-neft mallarının adı AÇIQLANDI

2022-ci ilin birinci yarısının nəticələrinə əsasən Azərbaycandan ixrac edilən əsas qeyri-neft malları pambıq, pomidor və karbamid olub.

İslahat.az xəbər verir ki, yanvar-iyun ayları ərzində ölkəmizdən 1,5 milyard dollar dəyərində qeyri-neft malları satılıb. Bunun 137 milyon dolları pambıq mahlıcı, 127 milyon dolları pomidor, 98,7 milyon dolları karbamid ixracından ibarət olub. Ümumilikdə, adıçəkilən 3 mal üzrə ixrac dəyəri 363 milyon dollar yaxın olub ki, bu da cəmi ixracın 24,2 faizini təşkil edir.

İyun ayında isə əsas ixrac malları pomidor (35,8 milyon dollar), albalı və gilas (34,2 milyon dollar) və kartof (20,2 milyon dollar) idi.

İslahat.az