30 oktyabr 2018-ci il tarixində Azərbaycanda
ilk olan Rövşən Nəcəfovun müəllifi olduğu "İnsan
Mühəndisliyi” proqramının Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təqdimatı
keçirilib.
Təqdimat
zamanı tələbələrlə şəxsi inkişaflarında psixoloji aspektlər, gələcək
karyeralarında uğur qazanmaq, həyatlarında müəyyən və qeyri-müəyyən anlayışlar haqqında müzakirələr
aparılıb.
İslahat.az xəbər verir ki, Rövşən Nəcəfovun
müəllifi olduğu "İnsan Mühəndisliyi” proqramı insanı enerji, fikir və beyin
olaraq 3 hissədə təyin edir. "İnsan Mühəndisliyi” fərdi və ya qrup formatında
müxtəlif inkişaf fəaliyyətləri təqdim edən və psixoloji xidmətlər göstərən
proqramdır.
"İnsan Mühəndisliyi” proqramı psixoterapiya, karyera quruculuğu, motivatorluq, şəxsi inkişaf təlimləri, seçim konsultasiyası, fikir təmiri, özünü kəşf və sosial iş xidmətlərini təqdim edir.
"İnsan Mühəndisliyi” proqramı ilə əlaqə:
WhatsApp: (+994 50) 526 13 13
İslahat.az