19 Aprel 2022
13:03
20531

Azərbaycanda ilk dəfə olaraq "Türkiye Exclusive Ödülləri" 2022 keçirib - Fotolar

Azərbaycanda ilk dəfə olaraq "Türkiye Exclusive Ödülləri" 2022 Avand Production-ın təşkilatçılığı, Ayaz Məmmədov və Oya Ulucanın imzası altında həyata keçirilərək, sahiblərinə təqdim edilib.

İslahat.az xəbər verir ki, mükafatlandırma gecəsində il ərzində fərqlənən, yadda qalan, peşəkar şəxs və şirkətlər mükafatlandırılıb. "Türkiye Exclusive Ödülləri" 2022 mükafatlandırma gecəsinin aparıcı postu tanınmış sima Azər Axşama həvalə edilib.

Gecədə iş adamı Odeion Groupun rəhbəri Tolqa Atıcı, Flyblast travel şirkətinin rəhbəri Rövşən Abdullayev və peşəkar stomatoloq İlham Hüseynzadə də mükafatçılar sırasında yer almışdır.

"Türkiye Exclusive Ödülləri" 2022 mükafatına adına layiq görülən Xalq artistləri, Mələkxanım Əyyubova, Aybəniz Haşımova Əməkdar artistlər Fərqanə Qasımova, Elza Seyidcahan, Gülüstan Əliyeva yaradıcı şəxslərdən Aynur Dadaşova, Fatimə Fətəliyeva, Türkan Vəlizadə, Rahidə Baxışova və başqa tanınmış şəxslər yer alıb.

İslahat.az