05 Noyabr 2021
16:02
21271

Azərbaycanda dövlət əmlakları üzrə icarə haqqı və minimum tariflər ARTIRILIR

Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 16 milyon manatı və yaxud 0,1%-i dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar hesabına təmin ediləcək.

İslahat.az xəbər verir ki, bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 45,5% çoxdur.

Kəskin artıma səbəb gələn il dövlət əmlakları üzrə icarə haqqının, eləcə də minimum tariflərin artırılmasıdır.

İslahat.az