27 Oktyabr 2021
17:14
21697

Azərbaycanda daha 2300 nəfər koronavirusa yoluxub, 27 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2300 yeni yoluxma faktı qeydə alınıb, 1248 nəfər müalicə olunaraq sağalıb.

İslahat.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 522 368 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 487 674 nəfər müalicə olunaraq sağalıb, 6 966 nəfər vəfat edib. 27 728 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 175, bu günə qədər isə ümumilikdə 5 144 208 test icra olunub.

İslahat.az