30 Dekabr 2019
10:45
787

Azərbaycanda bu universitetdən 35 tələbə xaric edildi

Azərbaycan Tibb Universiteti 35 əcnəbi tələbəni ali məktəbdən xaric edib.

İslahat.az-ın məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetinin Rektoryanı Şurası qərar verib.

Onlar universitetlə müqavilə şərtlərini pozduqlarına görə, konkret olaraq 20192020-ci tədris ili üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər.

İslahat.az