29 Dekabr 2019
17:24
743

Azərbaycanda bu qurumda 100 nəfər işdən çıxarıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 100-ə yaxın əməkdaşı işdən çıxarılıb.

İslahat.az-ın məlumatına görə, bunu agentliyin sədri Qorxmaz Təhməzli jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, AQTA-da fəaliyyətə başladığı gündən bu vaxta qədər 100-ə yaxın əməkdaş işinin öhdəsindən gəlmədiyinə görə vəzifəsindən azad olunub:

"Neqativ hallarla bağlı agentlik Baş prokurorluğa müraciət edib və üç əməkdaşımızın qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb. Hazırda onlar öz cəzalarını çəkirlər”.

İslahat.az