22 Sentyabr 2020
15:37
1552

Azərbaycanda 98 yeni yoluxma faktı qeydə alındı, 2 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 98 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə İslahat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1 851 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 672, bu günə qədər isə ümumilikdə 1 064 475 test icra olunub.
 
İslahat.az