08 Aprel 2020
19:06
307

Azərbaycanda 53 mindən çox koronavirus testi aparılıb

"Bu gün ölkədə 3 000-dən çox müayinə aparılıb və bununla da 53 mindən çox test icra olunub".

İslahat.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gəncə və Naxçıvanda laboratoriyalar fəaliyyətə başlayıb: "Gələn həftə Şəki və Sumqayıtda da yeni laboratoriyalar açılacaq". 

R.Bayramlı bildirib ki, hazırda 105 koronavirusa yoluxma arasında Naxçıvanda aşkarlanan hallar da var. 

TƏBİB rəsmisi ölkədə koronavirusa yoluxmuş xəstələrin 2 yaşdan 89 yaşa kimi olduğunu bildirib: "Gənclər arasında da xəstəliyi ağır keçirənlər var".

İslahat.az