26 Sentyabr 2020
11:35
1477

"Azərbaycana qarşı informasiya müharibəsi daha da şiddətlənib" - Deputat

Azərbaycanla Ermənistan arasında son dövrdə baş verən gərgin vəziyyətlə yanaşı həm də ölkələr arasında informasiya müharibəsi baş verir. Bu həm dövlət səviyyəsində həm də vətəndaş mövqeyi əsnasında həyata keçir.
 
Bəs əslində informasiya prosesi necə həyata keçirilməlidir ki, doğruluğu təmin olunsun? 

İslahat.az xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin üzvü, deputat Asim Mollazadə anews.az-a açıqlamasında bildirib ki, Ermənistanın dünyada zəngin təşkilatlanmış çoxlu diasporları var və indiki durumda bu onların köməyinə çatır.

"Azərbaycana qarşı informasiya müharibəsi daha da şiddətlənib. Çünki Ermənistan çox ciddi müharibəyə hazırlaşır və bu istiqamətdə dünyanın bir çox ölkələrində yerləşmiş zəngin təşkilatlanmış erməni diasporası müfaviq göstərişlər verərək Azərbaycana qarşı yalan , böhtan kampaniyasını daha da gücləndirir. Nəzərə almalıyıq ki, bu istiqamətdə Azərbaycanın imkanları daha  da zəifdir. Bizim geniş və güclü ,varlı diasporamız yoxdur. Bir sıra ölkələrdə uzun illərdir Türkiyəyə qarşı müharibə aparan erməni diasporası bu gün əsas hədəf kimi Azərbaycanı seçib. ABŞ, Fransa, Rusiya, Latın Amerikası ölkələrində bu istiqamətə böyük vəsaitlər ayrılıb. Bu istiqamətdə  dünya mediası ilə birgə Azərbaycanın qeyri hökümət təşkilatları prosesdə iştirak etməlidir. Başqa ölkələrdə yaşayan hər bir azərbaycanlı bu mövzuda təşkilatlanmalı və çox ciddi müqavimət göstərməlidir. Hələlik güc nisbəti bizim xeyrimizə deyil , amma nəzərə almaq lazımdır ki, səngərdə Azərbaycan əsgəri erməni əsgərindən daha güclüdür".
 
İslahat.az