18 İyul 2019
14:06
773

Azərbaycana qaçqın statusu üçün müraciətlərin sayı artıb

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin birinci yarısında Azərbaycana daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 6 faiz artıb.

İslahat.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin ilin altı ayının yekununa həsr olunan mətbuat konfransında qurumun rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, ölkədə müvəqqəti yaşayanlarda 0,4 faiz, iş icazəsi alanların sayında isə 14 faiz artım müşahidə olunur. Bundan başqa, qaçqın statusu üçün müraciətlər 53 faiz artıb:

"Eyni zamanda, altı ay ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 34 faiz azalma var. Ötən yarım il ərzində vətəndaş müraciətlərinin sayında 8 faiz azalma qeydə alınıb”.
 
İslahat.az