15 Yanvar 2021
16:26
13662

"Azərbaycan və Xorvatiya Respublikaları arasında mövcud olan dostluq sürətlə inkişaf edir" - Könül Nurullayeva

Xorvatiya Parlamenti Xorvatiya-Azərbaycan Parlamentlərarası İşçi Qrupuna yeni rəhbər təyin edib. 
 
İslahat.az xəbər verir ki, bu barədə millət vəkili paylaşım edib. Paylaşımı təqdim edirik:
 
"Əziz həmvətənlərim,

Sevinclə bildirirəm ki, Xorvatiya Parlamenti Xorvatiya-Azərbaycan Parlamentlərarası İşçi Qrupuna yeni rəhbər təyin edib, sözügedən vəzifənin icrası isə Cənab Mato Čičaka həvalə edilib.

Azərbaycan-Xorvatiya Parlamentlərarası İşçi Qrupunun rəhbəri olaraq, Cənab Čičaka təyin edildiyi rəhbər vəzifəsi münasibətilə təbrik məktubumu yolladım, ona gələcək illərdəki fəaliyyətində bol uğurlar arzuladım. Əminəm ki, sözügedən təyinat Azərbaycan və Xorvatiya Respublikaları arasında mövcud olan dostluq, eyni zamanda siyasi, iqtisadi və mədəni əlaqələri daha da sürətlə inkişaf etdirəcək, parlamentlərarası əlaqələrimizin gələcək illərdəki inkişafına öz müsbət töhfəsini verəcəkdir.

Nəzərinizə çatdırım ki, yaxın zamanda birgə ikitərəfli görüşün keçirilməsi də nəzərdə tutulur. Görüşümüzün uğurlu olacağına, əməkdaşlığımızın prioritet sahə və vəzifələrinin təyin və icra olunmasında mühüm rol oynayacağına əminəm".
 
İslahat.az