15 Noyabr 2021
12:32
21249

Azərbaycan və Türkiyənin qurumları arasında Niyyət Protokolu imzalandı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı Kamillik Mərkəzi arasında Dövlət-Özəl Tərəfdaşlığı üzrə Niyyət Protokolu imzalanıb.

İslahat.az xəbər verir ki, imzalanma mərasimi 25-ci Beynəlxalq Biznes Forum (İBF) çərçivəsində baş tutub.

Sənəd Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı Kamillik Mərkəzinin sədri Eyup Vural Aydın tərəfindən imzalanıb.

İslahat.az