10 Dekabr 2020
18:33
7042

Azərbaycan və Türkiyə prezidentləri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

 

İslahat.az Azərtac-a istinadən xəbər verir ki, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar.